Reabilitasiyaya cəlb olunan bir qrup qazi ilə görüş oldu — FOTOLAR

SOSİAL 11 iyn 2022, 10:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Nazirliyin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində reabilitasiya keçən qazilərlə görüşüb. 

Demokrat.az xəbər verir ki, V.Behbudov Mərkəzin şəraiti və qazilərə göstərilən xidmətlərlə tanış olub. Sədr şəhid ailələri və müharibə əlilləri ilə bağlı sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

Bidirilib ki, postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Nazirlik tərəfindən ötən dövrdə 7400 müharibə əlili isə avtomobillə təmin olunub.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri ilə təmin edilib.

Sonra sosial-psixoloji və tibbi-sosial reabilitasiyaya cəlb olunan müharibə əlillərinin Agentliyin fəaliyyət istiqamətlərinə aid müraciətləri də dinlənilib.  Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Görüşdə iştirak edən Vətən müharibəsi qaziləri onlara göstərilən dövlət qayğısından razı olduqlarını qeyd ediblər. 



Məlik
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top