Şəhid ailələri və qazilərimiz “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarını izləyirlər — VİDEO

SOSİAL 11 iyn 2022, 09:30
Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi "Formula 1" Azərbaycan Qran-Prisi ikiillik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

Demokrat.az xəbər verir ki, iyunun 10-12-də keçirilən möhtəşəm Bakı yarışının tamaşaçıları arasında İkinci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz dəvət olunub. Fəxri qonaqlar Azərbaycan Qran-Prisinin həyəcanını üç gün izləyə biləcək.

Qırx dörd günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı şəhər halqasının azarkeşləri sırasında görmək qürurvericidir.
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top