Bakıda küçədə qadına qarşı əxlaqsızlıq edən şəxs döyüldü — VİDEO

SOSİAL 07 iyn 2022, 20:30
Bakıda “Gənclik” metrostansiyası yaxınlığında qadına qarşı əxlaqsız hərəkətə yol verildiyi bildirilir.

Qeyd olunub ki, qadın yol ilə gedərkən bir nəfər onun paltarını qaldırıb. O, ətrafdakı insanların sərt reaksiyası ilə üzləşib və döyülüb. Bundan sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
“Məsələ ilə bağlı araşdırma aparılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top