Xaçmazda 7 aylıq körpə yıxılaraq öldü

HADİSƏ 07 iyn 2022, 18:28
Xaçmaz rayonu ərazisində 7 aylıq körpə çarpayıdan yıxılması nəticəsində ölüb

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.

Beləki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top