Politoloq: “Payızda Ukrayna ordusu əks hücuma keçib öz ərazilərini təmizləyə bilər”

GÜNDƏM 06 iyn 2022, 16:31
"Rusiya müharibənin başlamasından ötən 100 gün ərzində ilk günlərdə nəzərdə tutduğu strateji qələbələr qazanmayıb. Bundan əlavə, o, taktiki hədəflərinə belə, nail olmayıb".

 Bunu Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.  Politoloq qeyd edib ki, bu gün Rusiya böyük çətinliklərlə üzləşib və o, bu çətinlikləri asanlıqla dəf edə bilməyəcək:

“Bugünədək rus ordusu azı 35 min itki verib, iki o qədər də həlak olanı, yaralananı var. Həmçinin, onun Qərbdəki saxlanılan pulları da dondurulub və bir çox oliqarxların mülkiyyətinə, bank hesablarına, yaxtalarına əl qoyulub. Ümumiyyətlə, Rusiyanın hakim zümrəsi Putinin başlatdığı bu fitnəkarlığın qəti əleyhinədir.



Amma, hakimiyyətdən qorxullar. Mütəmadi olaraq ölkədə qanunları sərtləşdirirlər, həqiqəti qəbul edən adamları, əksinə danışan adamları həbs edirlər, böyük məbləğdə cərimələyirlər, yaxud da həmin şəxsləri 10-15 illik həbs cəzası gözləyir. Müharibə indidən bəllidir ki, Rusiyanın tam məğlubiyyəti ilə qurtaracaq. Rusiyanın bu məğlubiyyətini həyata keçrimək üçün Ukrana xalqı böyük itkilər Verdi. Ukraynada böyük dağıntılar baş verdi, şəhərlər virana qaldı, 7 milyona yaxın ukraynalı artıq qaçqın kimi ölkəni tərk edib.  On minlərlə ukraynalı həlak olub, iqtisadiyyatı tamamilə çöküb. Belə bir vəziyyətdə Qərb dünyası çox ləng şəkildə Ukraynanın silah təchizatını həyata keçirir. Amma bütün mütəxəssislər hesab edir ki, əgər bu silahı təcili versələr payız aylarında Ukrayna ordusu əks hücuma keçib öz ərazilərini təmizləyə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top