"Rusiya beynəlxalq bazarda taxıl qıtlığına görə məsuliyyət daşıyır" — Borrel

GÜNDƏM 05 iyn 2022, 22:13
Ukraynaya qarşı əsassız müharibəyə başlayan Rusiya beynəlxalq bazarda taxıl qıtlığına  görə tam məsuliyyət daşıyır.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozep Borrell “ Twitter ” səhifəsində yazıb.

“Təcavüzkar müharibəyə yol vermək olmaz. Aİ-nin sanksiyaları Rusiyanın bu müharibəni davam etdirməsinə yönəlib. Onlar buğdaya qarşı yönəlməyib. Kənd təsərrüfatı malları və onların daşınması sanksiyalardan tamamilə çıxarılıb. Rusiyanın Ukrayna limanlarını blokadaya alması Ukraynada hazırda blokadada olan qarğıdalı və buğda kimi milyonlarla ton taxılın ixracına mane olur”, - bəyanatda deyilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top