"Bizim dediklərimizə gələcəklər" — Ərdoğan

GÜNDƏM 05 iyn 2022, 19:04
“Bəli, dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümükünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər. Allah ömür versə, bunu da görəcəyik”.

Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının tioplantısında səsləndirib.

O bildirib ki, getdikcə daha çox ölkə BMT-nin Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu anlayır və bu məsələdə Türkiyə iə razılaşır.

Dövlət başçısı, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə də toxunub. O, ölkəsinin gözləntiləri qarşılanmayana qədər məsələyə münasibətin dəyişməyəcəyini qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top