“Bakı Enerji Forumunun yekun sessiyasının Şuşada keçirilməsi tarixi nailiyyətdir”

GÜNDƏM 03 iyn 2022, 13:29
“Ənənəvi Xəzər Neft və Qaz sərgisi artıq 27-ci sərgidir ki, ölkəmizdə keçirilir. Məlum koronavirus pandemiyasına görə son bir neçə ildə keçirilməsə də bu sərgi ümumiyyətlə çox diqqətçəkici və keçirilməsi zəruri olan bir tədbirdir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat qeyd edib ki, bu tədbir Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir hesab edilir:

“Hər dəfə olduğu kimi bu dəfə də bu beynəlxalq tədbirdə bu sərginin təşəbbüskarı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmiş və açılış nitqi söyləmişdir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən beynəlxalq sərgidə dünyanın bir çox enerji şirkətlərinin iştirakı, eləcə də ABŞ Prezidenti C.Baydenin möhtərəm cənab  İlham Əliyevə məktubunun oxunması, ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım K.Lobillo Borrero çıxış etmələri, Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreqori Uilyam Hendsin videomüraciəti bu sərginin nə qədər əhəmiyyətli olduğunu sübut edir. Xüsusi qeyd etməliyik ki, ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç,Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə,Yaponiya, Özbəkistan kimi 30 ölkədən 249 şirkətin  iştirak etdiyi  bu tədbir Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir hesab edilir. Və fəxr etməliyik ki, bunun müəllifi də Azərbaycan və onun lideridir”. 

“Ənənəvi olaraq, bu sərgiyə Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dəstək versə də,  nüfuzlu şirkətlər də sponsorlar arasında yer alıbdır. Bu mənada bu il keçirilən tədbir Qarabağın işğalından sonra ilk tədbir olduğundan və iştirakçıların  işğaldan azad edilmiş ərazilərə səfər etməsi, Şuşa şəhərində Bakı Enerji Forumunun yekun sessiyasının olması,  Beynəlxalq neft və qaz sərgisinin ən əhəmiyyətli məqamlarından biridir.Eyni zamanda Bakı Enerji Forumunun yekun sessiyasının Şuşada keçirilməsini tarixi nailiyyətdir”. 

M.İbrahimqızı qeyd edib ki, bu tədbir dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır:

“Ümumiyyətlə, möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi,  hər keçirilən Neft və Qaz Sərgisi və xüsusən də  Bakı Enerji Həftəsində keçirilən müzakirələr həm ölkəmizin,  həm də iştirakçı ölkələrin enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi çox mühüm məsələlərlə bağlı dialoqunu və əməkdaşlığını daha da gücləndirir. Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevin bu tədbirdəki çıxışı bir daha göstərdi ki, buğun dünyda və regionda baş verən geosiyasi proseslər fonunda dövlətimizin enerji siyasəti region və Avropa üçün, eləcə də dünya üçün nə qədər mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev çıxışında dövlətimizin əsası 1993-cü ildən Ulu Öndərimiz tərəfindən qoyulmuş və 2003-cü ildən onun davam etdirdiyi enerji siyasətinin tarixinə ekskurs edərək, Azərbaycanın təkcə öz xalqı üçün deyil, bölgənin və Avropanın enerji təminatında oynadığı əhəmiyyətli rolunu xatırlatdı.  Bu bir həqiqətdir ki, son illərdə Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlığı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında və gələcək planlarımızın reallaşdırılmasında önəmli mühüm rola malikdir. Dövlətimizin Başçısı nitqində ötən dövr ərzində uğurla həyata keçirilmiş şaxələndirilmiş enerji və nəqliyyat layihələrindən danışaraq, bərpaolunan enerji istehsalının da prioritet sahələrdən biri olduğunu vurğuladı. O, qeyd etdi ki, 1993-cü ildən bugünədək tərəfdaş olduğumuz ölkə və şirkətlərlə etdiyimiz ədalətli əməkdaşlıq və işbirliyinə görə Azərbaycanın dünyada etibarlı tərəfdaş imici qazanmışdır”.

“Ölkə rəhbəri iştirakçıları işğaldan azad edilmiş Qarabağ torpaqlarında da yeni layihələr, xüsusən də bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlığa çağırdı. O, qeyd etdi ki,  Qarabağda gedən əzəmətli infrastruktur layihələri,xüsusən də yeni şaxələndirilmiş və hər növ nəqliyyat-loqistik layihələr investorlar üçün yeni perspektivlərin yaratmışdır. Qürurla deməliyik ki, möhtərəm Prezidentimizin də dediyi kimi,  Azərbaycanın sürətlə inkişaf etməsi, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işlərinin iqtisadi potensialımızı artırması, yeni biznes mühitnin formalaşması xarici investorlar üçün olduqca cəlbedici etmişdir. Sözsüz ki, bu beynəlxalq tədbirin əhəmiyyəti  haqqında çox danışmaq olar. Ölkəmizin neft-qaz sahəsində bir neçə əsrə dayanan zəngin və çoxşaxəli təcrübəsi və möhtərəm Prezidentimizin güclü diplomatiyası və uzaqgörən enerji siyasəti, imzalanmış müqavilə qarşısında hökumətimizin götürdüyü öhdəliyə sadiqliyi dövlətimizin və xalqımızın nüfuzunu bundan sonra da artıracaqdır”, -deyə deputat qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top