Azərbaycan gündəlik neft hasilatını artıracaq — 706 MİN BARREL

İQTİSADİYYAT 02 iyn 2022, 22:26
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, iyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barrel artırılaraq 706 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barrel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 30-cu iclasının 30 iyun tarixində keçirilməsi razılaşdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top