Zelenski: "Rusiya Avropanın su ehtiyatlarına ciddi təhlükə yaradır"

GÜNDƏM 02 iyn 2022, 20:55
Rusiya Federasiyası Avropanın su ehtiyatlarına ciddi təhlükə yaradıb.

Demokrat.az “Ukrinform”a istinadən bildirir ki,  bunu Ukrayna Prezidenti Volodimir Zelenski Bratislavada keçirilən GLOBSEC Beynəlxalq Təhlükəsizlik Forumunda deyib.

"Hazırda Ukraynada Rusiya ordusu üçün ən mühüm hədəflərdən biri çaylar üzərindəki körpülərdir. Elə olur ki, Rusiya ordusu tamamilə məhv etmək üçün eyni körpüyə üç dəfə raket zərbələri endirir. Rusiya Avropanın su ehtiyatlarına ciddi təhlükə yaradır."

O xatırladıb ki, 2014-cü ildən şərqdə gedən döyüşlər yeraltı suların çirklənməsi təhlükəsini yaradıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top