Salyanda “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalı keçirildi — FOTOLAR

SOSİAL 01 iyn 2022, 15:26
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə  Salyan şəhər  5  saylı uşaq bağçasında 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalı keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, ilk öncə uşaqların ifasında dövlət himni səsləndirildi. Daha sonra çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Aqşin  Qasımov  bildirdi ki, hər zaman uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Uşaqlar  bizim gələcəyimizdir. Hər zaman  uşaqlara  yüksək diqqət və  qayğının göstərilməsi  hər birimizin  borcudur. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq müdafiəsi günü on illərdir bütün dünyada keçirilir. 

Tədbirdə çıxış  edən Salyan şəhər  5  saylı uşaq bağçasının  müdiri  Gülşən  Əzizova  qeyd etdi ki, 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Ölkəmizdə uşaqlara qayğı hər zaman diqqət mərkəzində olmuşdur. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.

Daha sonra tədbir 5 saylı uşaq bağçasının məktəbəqədər yaşlı uşaqlarının hazıradıqları musiqili kompozisiyalar, şeirlər, rəqslər və səhnəciklərlə davam etdirildi. Tədbirin sonunda uşaqlar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr ilə sevindirildilər.




Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top