“Ukrayna məğlub olsa, növbədə Slovakiya olacaq”— Baş nazir

GÜNDƏM 25 may 2022, 20:45
Slovakiyanın baş naziri Eduard Heqer hesab edir ki, Ukraynanın işğal ediləcəyi təqdirdə, Putinin növbəti hədəfi Slovakiya olacaq.

Baş nazir bu barədə Davosda keçirilən forumda bildirib. “Ukrayna uğursuzluğa düçar olarsa, növbəti hədəf Slovakiya olacaq. Ukrayna qalib gəlməlidir”, – Heqer deyib.

Heqer daha sonra Avropa İttifaqı üzvlərini Rusiya enerjisinə həddən artıq arxayın olduqlarına görə tənqid edib. O, liderləri öz prinsiplərini Rusiyaya güzəştə getməməyə çağırıb: “Biz uzun müddətdir öz dəyərlərimizi ucuz qaz və neftə dəyişirik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb oldu. Təcavüzkar müharibə, ölən insanlar… Ukraynalılar dəyərlərimiz üçün qanlarını tökürlər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top