2050-ci ilə qədər qida rasionumuz necə dəyişəcək?

SOSİAL 25 may 2022, 14:12
Pandemiyanın maliyyə böhranı yaratdığı bir zamanda dünyanın qlobal qıtlıqla üz-üzə qalması iqtisadiyyata ciddi təsir göstərir.
 
Mütəxəsislər yarana biləcək fəlakətin qarşını almaq üçün müxtəlif üsullar axtarır. Alimlər çox az tanınan bitkilərin siyasını tərtib edərək 2050-ci ilə qədər qida rasiyonuna əlavə etmək barədə düşünürlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertlərinə görə, qlobal qida ehtiyatının 75%-i 12 bitki və 5 heyvan növündən ibarətdir. Lakin dünyada 20 000-dən çox yeməli bitki növü məlumdur. Bunun isə 7 mini davamlı olaraq istehlak edilir. 

Məşhur tədqiqatçı Maribel Soto Gomez maraqlı açıqlamalar edib:

“Bizim əcdadlarımız 10 min illər öncə çox az bitki növü yetişdiriblər. Bu, əsasən, buğda və düyü olub. Və bunun kimi digər həyat əhəmiyyətli məhsullar hələ də yetişdirilir və istehlak edilir. Problem isə ondadır ki, bunlardan hər hansı birinin yetişdirilməsi artıq uğursuz ola bilər. Əgər bunlardan hər hansı biri iqlim dəyişikliyinə davam gətirə bilməsə, ciddi təhlükə ilə qarşılaşa bilərik. Çünki biz onlara çox güvənirik. Buna görə də biz məhsul sistemimizi müxtəlif etməyi təklif edirik. Yeyilə bilən cürbəcür çeşidlər olsa artıq biz buna etibar edə bilərik.”

Yəni gələcəkdə kaktus ilə səhər yeməyi edib, pandanus ağacının meyvələri ilə qəlyanaltı edə bilərsiniz. Sakit okeanı adalarında yetişdirilən Pandanus ağacının meyvəsindən və yarpaqlarından da istifadə etmək mümkündür. 

“Bilirik ki, paxlalı bitkilərdə yüksək protein var. Buna görə də istehlakı önəmlidir. Yeni növ paxlalı bitkilərin yetişdirilməsi istiqamətində düşünmək olar. Bunun üçün isə öncə tədqiqat aparmalıyıq. Yediyimiz qidaları və onları yetişdirmə üsulumuzu dəyişdirməsək, insanları qidalandırmaq üçün kifayət qədər ehtiyata sahib ola bilməyəcik.”

Məsələn, bananın müxtəlif növləri olduğu halda, cəmi 2 növü yeyilir. Görəsən niyə? Avakado, kaktus kimi bitkilərin istehlak edilməsinə maraq yoxdur. Mütəxəsislər iddia edir ki, bunun cavabı dadsız olması ilə bağlı deyil. Bundan başqa yabanı bitkilərin yararlı hala gətirilməsi də əsas məsələlər sırasındadır. 

Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top