26–29 may tarixlərində “Texnofest Azərbaycan” festivalı keçiriləcək

İKT 24 may 2022, 13:25
“Texnofest Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26–29 may tarixlərində ilk dəfə olaraq Bakıda keçiriləcək.

Məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, gənc mühəndislərin bilik və bacarıqlarının inkişafı eləcə də, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Dünyanın diqqəti paytaxt Bakıda olacaq. 26 may tarixində başlayacaq “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı 4 gün davam edəcək. Bakı Kristal Hall və Dənizkənarı Bulvar ərazisində keçiriləcək Festivalda 500-ə yaxın əcnəbi olmaqla, ümumilikdə 200 mindən çox ziyarətçinin iştirakı proqnozlaşdırılır. “Baku Crystal Hall” daxilində 8 texnoloji müsabiqənin, o cümlədən, 3 beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Bayramov Demokrat.az-a bildirdi ki, bu festival çərçivəsində bir sıra müsabiqələr və onların qalibləri bəlli olacaq. 



“Bu festival çərçivəsində həm bir sıra texnologiya müsabiqələri keçiriləcək və onların qalibləri bəlli olacaq. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyə Müdafiə Nazirliyinin pilotları təyyarədə möhtəşəm aviaşoular bizə nümayiş etdirəcək. Unikal şou üzərində şoular bizi gözləyir. Məşhur uşan adam şousu, flyboy şousu. Hansı ki, Azərbaycada ilk dəfə texnofestdə nümayiş etdiriləcək.”

Texnologiyada innovasiya elmdə inkişaf deməkdir. Rəqəmsallaşan dünyada gənclərin texnologi biliklərinin artırılması prioritet istiqamətlərdən olmalıdır. Təsadüfü deyil ki, festival iştirakçıları arasında orta məktəb şagirdləri, tələbələr, məzunlar və startaplar yer alır. Bu da o deməkdir ki, festival həm də gənc smart nəslinin formalaşmasına xidmət edir. 

“Azərbaycan gənclərinin, Türkiyə gənclərinin, yeniyetmələrin texnologiyaya marağının artırılması üçün bu cür festivallar əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu Azərbaycan gənclərinə, Türkiyə gənclərinə texnologiyalara marağı artırmağa kömək edəcək, öz imkanları nümayiş etdirməyə platforma yaradacaq. Və əlbəttə hər bir kəs burada qalib olaraq çıxacaq.”

İnnovativ həllərlə çıxış edən gənclərin yerli və xarici investorlara yol tapması, kommersiyalaşdırıla bilən layihələrlə tanınmış startaplara çevrilməsi artıq xəyal deyil. Sayca 5-ci “Texnofest” festivalı ilk dəfə olaraq Türkiyədən kənarda Azərbaycanda keçriləcək. Dünyanın ən böyük texnologiya festivalına siz də dəvətlisiniz. lticket.az saytında qeydiyyatdan keçərək biletləri ödənişsiz əldə edə bilərsiniz. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top