AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi — QALMAQAL (ÖZƏL)

HADİSƏ 21 may 2022, 23:50
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovla həmin institutun icraçı direktoru Zaur Həsənov arasında baş verən mübahisə dava ilə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, mübahisə zamanı Abbas Seyidov Zaur Həsənovu zor gücü ilə kabinetindən qovub. Bu zaman tərəflər bir-birinə qarşı təhqir və ağır ittihamlar səsləndirib.

Xatırladaq ki, Abbas Seyidov və Zaur Həsənov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev tərəfindən bu vəzifələrə təyin edilib.

Qeyd edək ki, Zaur Həsənov Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun oğludur.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top