"8 aydır mənə qarşı vicdansız təbliğat apardınız..." — İlqar Məmmədov müxalifətçiləri TƏNQİD ETDİ

HADİSƏ 04 apr 2019, 13:18

REAL partiyasının sədri İlqar Məmmədov müxalifətçiləri tənqid edib.


Demokrat.az xəbər verir ki, İ. Məmmədov qeyd edib ki, 8 aydır ona qarşı təbliğat aparılır:


"Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, inqilab eləmək istəyirsiz, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır, seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top