Belarusun baş naziri Azərbaycana gəldi

XARİCİ SİYASƏT 18 may 2022, 12:11
Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.

Demokrat.az xəbər verir ki, o, Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top