Zelenski: “Mən yalnız Putinlə, onun vasitəçiləri olmadan danışmağa hazıram”

REGİON 13 may 2022, 15:45
Ukrayna prezidenti Vladimir Zelenski şəxsən Vladimir Putinlə görüşməyə və danışmağa hazırdır. Amma vasitəçilər olmadan və ultimatumla deyil, dialoq şərtləri ilə.

Zelenski bu fikri İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib: "Rusiya Federasiyası ilə danışıqlara gəlincə, məsələ hər gün daha da mürəkkəbləşir. Biz hər gün kiçik şəhərləri işğaldan azad edirik və rus hərbçilərinin qoyub getdiyi zorakılıq, işgəncə, edam izlərini görürük. Və buna görə də danışıqların mümkünlüyü ilə bağlı məqam getdikcə mürəkkəbləşir”.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya Federasiyası ilə danışmaq istəyib: "İndi cəmiyyət buna müsbət yanaşmır. Prezident kimi mən Putinlə danışmağa hazıram. Ancaq şəxsən onunla, vasitəçiləri olmadan və ultimatumla deyil, dialoq şərtləri əsasında danışmağa hazıram".

Xatırladaq ki, bu yaxınlarda prezident qeyd etmişdi ki, Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər. Buna səbəb əsir götürülən mülki əhalinin və hərbçilərin öldürülməsidir.

Eyni zamanda Rusiya prezidenti Putin Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların dalana dirəndiyini bəyan edib.(visiontv.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top