Politoloq: “Böyük ehtimalla Ukraynada qalib gələn tərəf Cənubi Qafqazda öz məqsədlərinə çatacaq”

GÜNDƏM 13 may 2022, 15:52
“Əlbəttə ki, Ukrayna hadisələri fonunda Cənubi Qafqaz uğrunda artan diqqətin və mübarizənin daha da intensivləşməsinin şahidi olmaqdayıq”.
 
Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq bildirib ki, böyük ehtimalla Ukraynada qalib gələn tərəf Cənubi Qafqazda öz məqsədlərinə çatacaq. Hazırda biz görürük ki, Qafqaz ölkələri, hansılar ki, bu və ya digər dairələrdən asılıdırlar, onlar çətinlik çəkir və bu ölkələrdə iğtişaşlar yaranır. Amma Azərbaycan kimi suveren və müstəqil siyasət yürüdən və heç bir xarici dairədən asılı olmayan dövlətlər  də sabitlik, siyasi öz dəsti xəttini davamlı şəkildə cərəyan etdirir”.
Z.Məmmədov diqqətə çatdıırb ki, dünyanın yeni düzünənin faktiki olaraq qurulmasına şahid olmaqdayıq:



“Üzlərini görmədiklərimiz bəzi qrupların geosiyasi və geoiqtisadi dəyişiliklər etdiyinin şahidiyik. Burada dövlətlərdən daha çox həmin qruplar əsas aktiv çıxış edirlər. Sadəcə olaraq, biz Rusiya,ABŞ, Çin kimi ölkələr göz önündə olduqlarından onların əsas icraçılar olduğunu görməkdəyik. Bu istiqamətdə əsas məsələ ondan ibarətdir ki, dünyanın yeni düzənində aparıcı yer tutasan. Sözsüz ki, Azərbaycan dünya düzənində aparıcı yer tutacaq. Yeni geoiqtisadi və geosiyasi münasibətlərə öz töhfəsini vermiş olacaqdır ki, bu mən düşünürəm ki, əsas prioritetlərdən biridir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top