“AzərEnerji” Heydər Əliyevin anadan olmasının 99 illiyini belə qeyd etdi — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 10 may 2022, 13:51
“AzərEnerji” ASC-nin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib. 

Demokrat.az xəbər verir ki, Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarının önünə gül dəstələri qoyublar. 

Daha sonra Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr edilən ağacəkmə aksiyası təşkil olunub. 



Ulu Öndərin ətraf mühitin qorunması, yaşıllıqların salınması ənənəsinə uyğun olaraq keçirilən ağacəkmə aksiyasından sonra “Heydər Əliyev müasir Azərbaycan elektroenergetikasının qurucusudur” mövzusunda tədbir keçirilib, çıxışlar dinlənilib və Ulu Öndərin elektroenergetika siyasətinə həsr edilən videoçarx nümayiş olunub. 



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top