“Jurnalistin boğazına bıçaq dirəyənlərə ən kəskin formada cavab verilməlidir”

SOSİAL MEDİA 09 may 2022, 14:34
“Aytən Məmmədova peşəkar jurnalistdir, media sahəsində uzunmüddətli fəaliyyəti var. Məhkəmə prosesləri barədə informasiyalar, reportajlar hazırlayan jurnalistlər sırasında tanınmış imza sahiblərindəndir. Bir peşəkar olaraq ixtisaslaşdığı sahənin prinsiplərini, həmçinin, təhlükəsizlik qaydalarını yaxşı bilir. Belə bir jurnalisti təhdid edənlərə, yaşadığı binaya qədər izləyib boğazına bıçaq dirəyənlərə, məhkəmələrdən yazı yazmamağı tələb edənlərə  ən kəskin formada  cavab verilməlidir”.

Demokrat.az xəbər verir ki, bunu jurnalist Müşfiq Ələsgərli bildirib.

“Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq məsələni gündəmdə saxlamağa çalışacağıq.   Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin mütləq  tapılıb cəzalandırılması zəruridir” – M.Ələsgərli qeyd edib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top