Ailəli qadın qətlə yetirildi

KRİMİNAL 08 may 2022, 22:58
Sumqayıtda 41 yaşlı qadın qətlə yetirilib.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı bağları adlanan ərazidə qeydə alınıb.

1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, tərəflər boşanma ilə bağlı məhkəmədə iddia qaldırmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top