Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Bu barədə Demokrat.az-a “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilir ki, fasiləyə səbəb Ə.Rəcəbli küçəsində magistral su kəmərində baş vermiş qəzadır.
Hazırda qəza briqadaları əraziyə cəlb olunub.