Politoloq: “Rusiya erməni tör-töküntülərinin Qarabağda məskunlaşmasına çalışır”

GÜNDƏM 04 may 2022, 16:52
Hazırda Qarabağda qanunsuz yerləşən "Yerkrap" erməni taborunun silahlıları öz sosial şəbəkələrində paylaşım ediblər. Onlar müraciətlərində hər gün Azərbaycan silahlı qüvvələri ilə atışma faktını təsdiqləyiblər. Bəs, bu terror qruplaşmasını kimlər dəstəkləyir?
 

Məsələyə münasibət bildirən politoloq Əlimusa İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Qarabağda qanunsuz yerləşən silahlı dəstələrin, o cümlədən "Yerkrap" erməni taborunun hər gün baş verən atışmanı təsdiqləyib, təsdiqləməməsindən asılı olmayaraq regionda yerləşən Azərbaycan silahlı qüvvələrinin orada gedən bütün proseslər haqqında məlumatı var. Politoloq əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri də qanunsuz birləşmələrin yerdəyişmələrini yaxından izləyirlər:



“Amma, rus sülhməramlıları ermənilərin təxribat törətmək və ya Azərbaycan ordusunu silahlı münaqişəyə çəkmək istiqamətində atdıqları addımların nəinki qarşısını alır, hətta bəzi yerlərdə öz fəaliyyətsizlikləri ilə onları bu terror hərəkətlərinə həvəsləndirirlər. Deməli bütün qanunsuzluqlar, Azərbaycan ordusuna qarşı qanunsuz erməni qruplaşmalarının hərəkətləri Rusiya sülhməramlılarının gözləri önündə baş verir və onlar bölgədəki missiyalarını yerinə yetirmirlər. Onlar erməni silahlılarının qanunsuz əməllərinə göz yumurlar və öz hərəkətlərini müxtəlif səbəblərlə əsaslandırırlar”.                                                                                           
“Erməni siyasi seqmentində Köçəryan-Sarkisyan tandeminin Azərbaycanla ziddiyyətlərin daha da qızışmasında maraqlı olduğunu düşündükdə, rus sülhməramlılarının kənardan, yəni Ermənistandan və Rusiyadan istiqamətləndiyini düşünməkdə yanılmarıq. Məhz Rusiya erməni tör-töküntülərinin Qarabağda məskunlaşmasına çalışır ki, onların vasitəsi ilə regiondakı təsir mexanizmini qoruyub saxlaya bilsin.             

Qərb dairələrindən Qarabağda mövcud olan qanunsuz silahlı birləşmələrin fəaliyyətindən bəhrələnmək istəyən qüvvələrin mövcudluğu bir qədər inandırıcı görünmür.                                                                                          
Separatçı, qanunsuz hərbi birləşmələr, terror qruplarının bizim regionda birgə fəaliyyət təcrübəsi ruslardan daha çoxdur. Düşünürəm ki, Qarabağdakı müxtəlif qanunsuz silahlı birləşmələr İrəvandakı “Qarabağ klanı” vasitəsi ilə Rusiyadan idarə olunur”,- deyə politoloq əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top