Zelenskinin Türkiyə haqqında tənqidindən faciə düzəldənlərin MƏQSƏDİ…

GÜNDƏM 03 may 2022, 11:16
Prezident Zelenskinin Türkiyə haqqında tənqidə yaxın fkirlərindən az qala faciə düzəldənlər var. Sosial şəbəkənin Azərbaycan seqmentində buna görə Zelenskini ittiham edənlər, artist adlandıranlar, aşağılayanların sayı artıb. Çox yanlış. 

Əvvəla, dost ölkələrin bir-birini tənqid etməsinə normal yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, belə tənqidlər Türkiyə-Ukrayna münasibətlərinə xələl gətirə bilməz. Zelenski narazıdır ki, Türkiyə rus tuistləri qəbul etməyə hazırlaşır. Normal narahatlıqdır, amma Türkiyə də müstəqil dövlətdir, özünün planları və maraqları var. Ən vacibi odur ki, bu maraqlar Ukraynaya qarşı deyil. Zelenski Türkiyəni yalnız tənqid etmir, həm də dəstək gördüyünü deyir. 

Deməli, Türkiyədən daha çox gözləntisi var. Doğru da gözləntidir. Ukraynanın şəhərləri dağıdılıb, yeksan edilib. Müharibədən sonra bu şəhərləri ən yaxşı və sürətli halda iki dövlət bərpa edə bilər: Türkiyə və Çin. 

Türkiyə də Krımın ilhaqını tanımır, rus ordusunun Ukrayna ərazilərindən çıxmasını istəyir, Donetsk və Luqanskdə separatizmi rədd edir. 

P.S Ümumən Ukrayna və onun prezidentinin fikirlərini tənqid edərkən insan gərək özünü Kiyevdə, müharibədə hiss edə. Bilə ki, Zelenski hansı hərbi-siyasi vəziyyətdədir. Bu halda Zelenskini az da olsa anlaya bilər, haqq verib, verməməsindən asılı olmayaraq.

Eyni zamanda da Türkiyənin addımlarını anlamaq üçün Ankaradakı situasiyanı, türk maraq və məqsədlərinin içində olmaq lazımdır. Bakıda oturub nələrsə demək, yazmaq olar, zatən hamı belə edir. Amma bu adil qiymətləndirmə deyil.

Ən nəhayətdə Ukrayna Türkiyəni, elə ABŞ-da tənqid edə bilər. Amma bu heç bir halda Ukraynaya qarşı rus işğalına haqq qazandıra bilməz!!! 

Türkiyə-Ukrayna əlaqələri izə tarixi əlaqələrdir.

Nemət Orucov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top