Danimarka Ukraynanın yenidən qurulmasına kömək edəcək

GÜNDƏM 02 may 2022, 22:33
Ukraynanın Baş naziri Denis Şmıqal Danimarka Krallığının xarici işlər naziri Eppe Kofod ilə Ukraynanın yenidən qurulmasında Danimarkanın iştirakını müzakirə edib.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Baş nazir Kofod ilə Kiyevdə görüşündən sonra teleqramda məlumat verib.

“Mən Danimarkaya digər beynəlxalq tərəfdaşlarla birlikdə Nikolayev şəhərinin yenidən qurulmasında iştirak etmək qərarına görə təşəkkür etdim. Həmçinin yaxın günlərdə, baş nazir Mette Frederiksenin vəd etdiyi kimi, Ukrayna azad edilmiş şəhərlərin bərpasına kömək edəcək avadanlıq və mexanizmlər alacaq”, - Şmıqal yazıb.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top