Bakıda zavodda partlayış — xəsarət alan var

HADİSƏ 01 may 2022, 09:00
Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top