“Bir uşağın cəmiyyətdə formalaşması, özünü tapması üçün təməldən, yəni ailədən əlavə, təhsil və cəmiyyətin də rolu böyükdür. Cəmiyyət olaraq bu gün vecsizləşmişik. Acımaq, maraqlanmaq, yardıma cəhd etmək, empatiya hissi qurmaq insanları tərk edir. Narsist cəmiyyət yaranıb. İnsan ölümləri adiləşib”.
Bunu Pravda.az-a psixloloq Samirə Bağırova intiharlarla bağlı danışarkən deyib.
“İndi azyaşlının intiharı ciddi şəkildə müzakirə olunur. Bir gün deyil, bir neçə həftə kütləvi yığıncaqlar təşkil olunsa, bəlkə cəmiyyətə təsiri olar. Bu hadisədə aydın məsələdir ki, valideynlər hər nə qədər inkar etsələr də ki, ailədə heç bir problem olmayıb, qeyd etmək lazımdır ki, uşağa münasibətdə problem olmasaydı, ölüm faktı da olmazdı. Aildə necə neqativ bir vəziyyət və necə bir cahillik olmalıdır ki, uşaq belə bir qərar versin. Ümumiyyətlə, bir uşağı intihar həddinə çatdıra bilən ailədaxili səbəblər arasında şiddət, cinsi istismar, avtoritarlıq, neqativ düşüncəli, danışığında neqativ sözlərdən istifadə edən valideyn rolları xüsusi əhəmiyyət kəsb edir. Məsələn, neqativ düşüncəli valideynlər daim uşağın yanında ölülərdən, qorxulu yuxulardan danışır. Onlar, eyni zamanda həyatdan yalnız şikayətlənir, həyatın anlamsız olduğunu və ya ölmək istədiklərini bildirirlər. Avtoritar valideynlər isə uşağa etdiyi səhvə görə hədə qorxu gəlir, şantaj edir, uşağın etdiyi hər kiçik səhvdə onu günahlandırır, başqaları ilə müqayisə edib onu alçaldırlar. Uşağı intihara dini aspektlər də sürükləyə bilər. Belə ki, uşaqlara daim onların mələk olduğunu və uça bildiyini söyləmək, ölümdən sonra cənnətin gözəlliyini təsvir etmək uşaqlarda buna maraq yarada bilər. Təbii ki, intihara meyillilik yaradan səbəblər içərisinə ailədə nizam-intizamın olmaması, uşağın sosial şəbəkə asılılığı və nəzarətsizlik də yer alır. Bunların hamısı valideynlərin övladlarına tətbiq etdiyi yanlış tərbiyə metodlarıdır. Ümumiyyətlə, əksər valideynlər “uşaq mənimdir özüm bilərəm” prinsipi ilə uşaqla istədiyi kimi davranır. Təhsil və cəmiyyət isə uşağın tərbiyəsinə, ümumiyyətlə, qarışmır. Bu cür valideyn və təhsillə çətin cəmiyyətimizin sağlam gələcəyi olsun. Sağlamlıq isə fizioloji olaraq yalnız canın sağ olması deyil, ən önəmlisi ruhun sağlamlığıdır. Sağlam ruh sağlam düşüncədir.”
S.Bağırova, həmçinin cəmiyyətin bu kimi problemləri həll etməyə səy göstərən televiziyada yayımlanan bəzi verilişləri tənqid edib. :“Görürük ki, birinin yardıma ehtiyacı olduqda televiziya kanallarına üz tutur. Televiziya kommunikasiya vasitəsidir, yəni əsl işi, problemi həll etmək deyil, göstərməkdir. Həll etmək isə dövlət qurumlarına aiddir. Bəzi verilişlər reytinq üçün problem həll edir və dövlətin təyin etdiyi qurumları yardım adı altında öz vəzifə borclarını həyata keçirməkdən azad etmiş olurlar. Kimin nə problemi varsa, artıq televiziya kanalına üz tutur ki, filankəs həll edəcək. Halbuki bu, getdikcə dövlətin statusunu aşağı salır. Reytinqi artan verilişlərdə psixoloji problemli şəxslərdən pul alaraq “ekspert” kimi qələmə verir, reklam edirlər, əsas problem isə ortada qalır” - S.Bağırova qeyd edib.