"Dünyada ərzaq böhranının qarşısını almaq üçün..." — Zelenski

GÜNDƏM 29 apr 2022, 00:07
Dünyada ərzaq böhranının qarşısını almaq və onlarla ölkəni aclıqdan xilas etmək üçün Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması mütləqdir.

Demokrat.az UNİAN-a istinadən bildirir ki,  bunu prezident Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə birgə keçirilən brifinq zamanı deyib. 

Onlar  bütün dünya üçün təhlükə yaradan ərzaq böhranından danışıblar.

"Ukrayna planetin 400 milyona yaxın insanını çörəklə təmin edir. Və İndi BMT etiraf edir ki, ərzaq qiymətlərinin artımı bu il 81 ölkədə ən azı 47 milyon insanın aclığına səbəb olacaq”, - Zelenski bildirib.

O, Ukraynanın bu cür ərzaq böhranının qarşısını almaq və qlobal bazarı sabitləşdirmək üçün kifayət qədər potensiala malik olduğunu vurğulayıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top