"Baş vermiş faciə indiki dönəmdə ölkə üçün çox ciddi xəbərdarlıq olmalıdır”— Aslan İsmayılov

GÜNDƏM 28 apr 2022, 23:46
“Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının qəsdən törədilməsinə, yaxud ehtiyatsızlıqdan baş verməsinə baxmayaraq müvafiq orqanların məsuliyyətsizliyinin nəticəsidir. Bu qədər böyük həcmdə və ərazidə tez alışan maddələrin toplandığı yerdə yanğından mühafizə qaydalarının pozulması cinayətdir”.
 
Demokrat.az bildirir ki,  bunu tanınmış vəkil Aslan İsmayılov "Facebook" səhifəsində paylaşımda yazıb:
 
“Bu yanğına sevinənlər isə ən azından ağılsızdırlar. Birincisi, itirən ayrı-ayrı şəxslər yox, dövlətdir. İkincisi, o yanğından yaranmış tüstünü, zəhərli maddələri elə özümüz ciyərlərimizə çəkəcəyik. Baş vermiş faciə indiki dönəmdə bütün ölkə üçün çox ciddi xəbərdarlıq olmalıdır” – A.İsmayılov qeyd edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top