Füzulidə Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edildi — FOTOLAR

SOSİAL 28 apr 2022, 17:40
Füzuli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Demokrat.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli MRX-nin təşkilatçılığı ilə keçirilən tədbir  Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində reallaşdı. 

Əvvəlcə RİH-nin başçısı Alı Alıyev bir qrup həkimlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etdilər. Daha sonra Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirildi. 

Tədbir başlamazdan əvvəl  Zərifə xanım Əliyevanın, Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərimizin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Alı Alıyev Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən söz açmaqla yanaşı, onun Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq, Prezident İlham Əliyevin anası olaraq Azərbaycan xalqı üçün unudulmaz və çox dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırdı.

Digər çıxışçılar da çıxışları zamanı Zərifə xanım Əliyevanın yüksək insani keyfiyyətlərindən, oftalmologiya elminə gətirdiyi yeniliklərdən, əsil Azərbaycan xanımına xas olan mənəvi üstünlüklərindən bəhs etdilər.

Daha sonra Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Sonda rayon mədəniyyət evinin hazırladığı konsert proqramı təqdim olundu.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top