Ukrayna müdafiə naziri: "Qarşıda bir neçə son dərəcə çətin həftələr var"

GÜNDƏM 27 apr 2022, 22:45
"Qarşıda Ukraynanı Rusiyanın hücumuna görə bir neçə çətin həftə gözləyir".

Demokrat.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Oleksiy Reznikovun müraciətində deyilir .

Nazir qeyd edib ki, ümumilikdə Kremlin şərinə qarşı Ukraynanı dəstəkləyən koalisiya güclənir:

"Ukraynaya yardım artacaq, lakin yaxın günlərdə bizim bütün möhkəmliyimiz və qeyri-adi birliyimiz lazım olacaq.
Eyni zamanda, mən istəyirəm ki, hamımızın gözləntiləri düzgün olsun. Qarşıda bir neçə son dərəcə çətin həftələr var. Sazişlərin praktiki icrası, təlim və logistika müəyyən vaxt tələb edir. Rusiya isə artıq Ukraynanın şərqinə genişmiqyaslı hücum üçün qüvvələr toplayıb".

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top