AMEA-nın Ümumi yığıncağı keçirildi — YENİLƏNİB

GÜNDƏM 27 apr 2022, 15:17
AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Demokrat.az
xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.

İclası AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb, Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Daha sonra akademik Arif Həşimovun giriş nitqi dinlənilib. Ümumi yığıncağın ölkəmizdə fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabata həsr olunduğunu deyən akademik ötən ilin respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir sıra uğurlarla yadda qaldığını söyləyib.

Onlardan bir neçə mühüm hadisəni qeyd edən akademik Arif Həşimov Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlərin, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfərin bir illiyinin təntənəli şəkildə qeyd edilməsinin, ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi hadisələrə çevrilən cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və bu səfərlərdəki dərin məzmunlu çıxışlarının, Şuşada möhtəşəm “Xarıbülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsinin bu qəbildən olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, xüsusən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, Zəfərin möhkəmlənməsinin, Azərbaycanın regionda və dünyada nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı siyasi və diplomatik təşəbbüslərin, dost, qardaş Türkiyə ilə “Şuşa Bəyannaməsi”nin imzalanmasının, cənab Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin mühüm tarixi anlar olduğunu vurğulayıb.

“Bütün bunlar ötən ilin ümumi mənzərəsini yaradan və Azərbaycanın strateji inkişaf xəttinin əsas istiqamətlərinə nişan verən hadisələrin az bir qismidir. Beləliklə, tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur”, - deyə akademik Arif Həşimov söyləyib.

Natiq ölkədə baş verən ümumi inkişaf proseslərinə adekvat olaraq 2021-ci ilin elm sahəsində də bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr, uğurlar əldə etdiklərini diqqətə çatdırıb. Bildirib ki, bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib və əvvəlki illərdən fərqli olaraq, hesabatlar Akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq. O, dəyişikliyin əsas məqsədinin Akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri elmi-tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr keçirmək olduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada “Elm günü” olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, “Elm günü”nün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib: “Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən  təqdim  olunan təkliflər  əsasında  “Elm  günü”nə  həsr olunmuş Tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimov “Elm günü” ilə bağlı tədbirlərin zirvə toplantısının Ümumi yığıncaqla bir gündə qeyd edilməsinin qərara alındığını, yığıncaq çərçivəsində bir sıra tədbirlərin, o cümlədən aprelin 29-dək fəaliyyət göstərəcək Akademiyanın nailiyyətləri sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib.

Əvvəlcə Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2021-ci ildəki fəaliyyəti haqqında hesabat ictimaiyyətə təqdim olunub. AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, ötən il dövlət başçısının çağırışlarından irəli gələn vəzifələri rəhbər tutaraq FRTEB-in elmi müəssisələri işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində həyata keçirilən işlərə elmi-praktiki dəstək veriblər. Elm və təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərindən danışan R.Əliquliyev FRTEB-in elmi müəssisələrində ali məktəblərin kafedralarının yaradılması, orta ümumtəhsil və orta ixtisas məktəbləri üçün  dərsliklərin hazırlanması, o cümlədən respublikanın ümumtəhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkib. Müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yarandığını vurğulayan vitse-prezident bu bilik sahələrinin və ixtisasların əksəriyyətinin riyaziyyat və informatikanın geniş tətbiqi ilə xarakterizə olunduğunu deyib, bir sıra təkliflərini səsləndirib.

Sonra yığıncaqda AMEA-nın Kimya Elmləri Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev vurğulayıb ki, ötən il vakuum qazoylunun hidrokrekinqi üçün modifikasiya olunmuş təbii alümosilikat katalizatorunun üstünlükləri göstərilib, kimya mühəndisliyi sahəsində qeyri-nyuton neftlərinin məsaməli mühitlərdə hidravlik diffuziya əmsallarının qiymətləndirilməsi üçün yeni ifadələr və filtrasiya tənlikləri alınıb, gələcəkdə potensial dərman maddəsi ola biləcək yeni üzvi birləşmələr sintez edilib, həmçinin mikroelektronika üçün yüksək litoqrafik xüsusiyyətlərə, fotohəssaslığa, optiki şəffaflığa malik tsiklopropan tərkibli polimerlər sintez olunub. Həmçinin “Qarabağ-4” bitki boy stimullaşdırıcısının, “Baku Steel Company” QSC-də valların işlək hissəsinin davamlılığını artırmaq üçün yeni tərkibli ağ çuğunun, yerli xammal əsasında hazırlanmış üzvi-mineral gübrənin tətbiq olunduğunu deyib, elmin inkişafı və alimlərin nüfuzunun qorunması ilə bağlı bir sıra təkliflərini səsləndirib.

AMEA-nın Yer Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edən bölmənin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov qeyd edib ki, ötən il Qarabağ və Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından səmərəli istifadə, Azərbaycanda karbon dioksidin tutulması və istifadəsi, həmçinin qlobal iqlim dəyişikliklərinin ətraf mühitə təsiri və s. istiqamətlərdə araşdırmalar aparılıb. Alim ölkənin müdafiə qüdrətinin artırılması, neft və qazın geologiyası və geokimyasının fundamental problemləri, palçıq vulkanizmi, Yerin geofiziki sahələri və təbiəti, müasir geodinamika və seysmologiya, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının yeni innovativ üsullarla təhlili, alternativ enerji mənbələri, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi, iqlim dəyişmələri və Qarabağ ərazisində geodinamik və seysmik şəbəkənin təşkili və ümümdünya sistemlərinə daxil edilməsi, su balansı və su ehtiyatlarının tədqiqi, demoqrafiya və digər mühüm istiqamətlər üzrə kompleks tədqiqatların bölmənin prioritet istiqamətləri olduğunu deyib.

Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin hesabatını Ümumi yığıncaq iştirakçılarına təqdim edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə bildirib ki, 2021-ci ildə biologiya və tibb elmləri üzrə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması təşkil edib. Onun sözlərinə görə, postgenom və rəqəmsal texnologiyaların, maşınöyrənmə üsullarının, süni intellektin tətbiqi, bioloji, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təmin olunması ilə ərzaq təhlükəsizliyi, insan sağlamlığı və biotəhlükəsizlik problemlərinin həlli biologiya və tibb elmləri üzrə yeni prioritet istiqamətlərdir.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli bildirib ki, bölmədə aparılan tədqiqatlar Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişaf qanunauyğunluqlarına, dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivlərinə, Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin toplanması, kataloqlaşdırılması, qorunması və təbliğinə, Azərbaycan mədəniyyətinin tarixi və onun çağdaş dünya bədii mədəniyyətində yerinə, Azərbaycan xalq yaradıcılığının inkişaf qanunauyğunluqlarına, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların elmi fondlarda qorunmasına, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsinə, Cavidlər irsinin toplanması və təbliğinə həsr edilib. Onun sözlərinə görə, HEB-in müəssisələrində aparılan elmi araşdırmaların, həyata keçirilən elmi-təşkilati tədbirlərin ideoloji-strateji oriyentləri dünya təcrübəsi nəzərə alınmaqla azərbaycançılıq məfkurəsinin müstəqil dövlətçilik prinsipləri əsasında müəyyənləşdirilib.

AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva isə vurğulayıb ki, ötən il rəhbərlik etdiyi bölmədə Azərbaycanın ümumi, siyasi və sosial-iqtisadi tarixi, yeraltı və yerüstü tarixi abidələrinin tədqiqi, yaşayış məskənləri və müxtəlif tipli qəbir abidələrində arxeoloji qazıntıların aparılması, keçid dövrünün sosioloji, sosial-psixoloji problemləri, Azərbaycanda gender münasibətlərinin inkişafının fəlsəfi təhlili üzrə tədqiqat işləri aparılıb. Həmçinin Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşmasının sosial-iqtisadi, makroiqtisadi və regional inkişaf problemlərinin tədqiqi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, Qafqazda baş verən siyasi problemlərin təhlili, Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği istiqamətində mühüm işlərin görüldüyünü deyib, AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üçün bir sıra təkliflərini səsləndirib.

Sonra yığıncaqda hesabatlar ətrafında akademiklər Akif Əlizadə, Asəf Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha sonra AMEA-nın birinci vitse-prezidentinin köməkçisi Nuray Nuruzadə AMEA-nın Ümumi yığıncağının qərar layihəsini səsləndirib.

AMEA üzvlərinin təqdim etdikləri rəy və təkliflər nəzərə alınaraq, qərar layihəsi səsə qoyulub. Səsvermənin nəticələrinə əsasən, AMEA-nın elmi və regional bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatlar təsdiqlənib. Həmçinin AMEA-nın Rəyasət Heyətinin 2021-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab edilib. Sözügedən qərardan irəli gələrək AMEA-nın Rəyasət Heyətinə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Fərman, Sərəncam və qərarlarının icrası, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə elmi dəstəyin göstərilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması, AMEA-da təhsilin inkişafı, gənclər siyasəti, elmin maddi-texniki bazasının gücləndirilməsi və alimlərin əməyinin stimullaşdırılması, elmi-innovativ, elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətlər üzrə müvafiq tapşırıqlar verilib.

Ümumi yığıncaqda AMEA-nın Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında çıxış edib.

İclasda, həmçinin 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Sonda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun yekun nitqi dinlənilib. O, çıxışında Akademiyanın qarşısında duran yeni və mühüm vəzifələrdən bəhs edib. Vurğulayıb ki, keçən əsrin əvvəllərində respublikamızda yaranan ilkin akademik qurumları da nəzərə alsaq, Elmlər Akademiyasının tarixi 100 ilə yaxınlaşır. Bu müddət ərzində Akademiyanın Azərbaycan xalqının sosial-mədəni tərəqqisində misilsiz rol oynadığını deyən AMEA rəhbəri şərəfli tarixi keçmişin bütün hallarda qürur verdiyini, lakin yalnız keçmişə qapanmağın inkişafdan geri qalmaq olduğunu bildirib.

“Yaşadığımız müasir dövr qlobal transformasiyalar dövrüdür. Artıq heç kəsə sirr deyildir ki, gələcək dövrdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcək. Buna görə də ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistemlər qurulmalıdır. Bu, yeni əmək bazarının tələblərinə uyğun bir sıra yeni ixtisas və elm sahələrinin inkişafını tələb edir. Bunlara misal olaraq, süni intellekt, müasir texnologiyalar və neyron şəbəkələr, qərarların qəbulunun avtomatlaşdırılması, kibertəhlükəsizlik, tətbiqi mikrobiologiya və biotexnologiyalar, biotibb mühəndisliyi, bərpa olunan enerji, dayanıqlı ətraf mühit, qlobal planetar iqlim dəyişikliyi və s-ni. göstərmək olar. Bütün bunlarla yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi öyrənən, ideologiyanı formalaşdıran, yəni bizi biz edən ictimai və humanitar elmlərin müasir nəzəri-metodoloji səviyyədə inkişafını da əsla unutmamalıyıq. Nəzərə alınmalıdır ki, ictimai və humanitar elmlər sahəsindəki tədqiqatlar əsasən öz milli  kadrlarımız tərəfindən aparılır”, - deyə A.Həşimov vurğulayıb. 

Hazırda Akademiyanın qarşısında duran ən mühüm vəzifənin zəngin elmi ənənələrə və təcrübəyə əsaslanaraq, XXI əsrin yeni çağırışları səviyyəsində modernləşməkdən, ənənə ilə müasirliyin yeni modelini yaratmaqdan ibarət olduğunu deyən natiq elmi yaradıcılıq və innovativliyin özünütənzimləyən mexanizmlər əsasında stimullaşa biləcəyi elmi mühit yaratmağın önəmini vurğulayıb. Qeyd edib ki, elmin inkişaf strategiyasının uğuru bütün digər amillərlə yanaşı, daha çox onun ideoloji nüvəsindən, elmə fəlsəfi yanaşmadan, ziyalının, alimin ictimai mövqeyindən, mənəvi münasibətindən də asılıdır: “Biz Akademiya üzvləri olaraq qarşılıqlı dialoqu, kollegial müzakirəni, qərarların qəbulunda konsensusu, bir-birimizə münasibətdə səmimiyyəti, işə münasibətdə vicdanı əsas meyara çevirməliyik. Zaman nə qədər sürətlənsə də, bu dəyərlər öz funksionallığını bu gün də əsla itirməyib. Əksinə, indi ən modern innovativ idarəetmədə mənəvi dəyərlərə dönüş daha zəruridir”.

AMEA-nın bir çox sınaqlardan üzüağ çıxmasının, böyük alimlərimizin yaratdığı elmi məktəblərin ənənəsinin, Ulu Öndərin Akademiyaya olan qayğıkeş, strateji hədəfləri nəzərə almağı tövsiyə edən yanaşmasının, Prezident İlham Əliyevin müasir çağırışlarının bu yolda qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə bir daha əminlik yaratdığını deyən akademik Arif Həşimov tədbir iştirakçılarına uğurlar arzulayıb və Ümumi yığıncağın işinə yekun vurub.

***12:24

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Demokrat.az
xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun giriş nitqi dinlənilib. Ümumi yığıncağın ölkəmizdə fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabata həsr olunduğunu deyən akademik ötən ilin respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir sıra uğurlarla yadda qaldığını söyləyib.

Onlardan bir neçə mühüm hadisəni qeyd edən akademik Arif Həşimov Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlərin, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfərin bir illiyinin təntənəli şəkildə qeyd edilməsinin, ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi hadisələrə çevrilən cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və bu səfərlərdəki dərin məzmunlu çıxışlarının, Şuşada möhtəşəm “Xarıbülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsinin bu qəbildən olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, xüsusən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, Zəfərin möhkəmlənməsinin, Azərbaycanın regionda və dünyada nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı siyasi və diplomatik təşəbbüslərin, dost, qardaş Türkiyə ilə “Şuşa Bəyannaməsi”nin imzalanmasının, cənab Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin mühüm tarixi anlar olduğunu vurğulayıb.

“Bütün bunlar ötən ilin ümumi mənzərəsini yaradan və Azərbaycanın strateji inkişaf xəttinin əsas istiqamətlərinə nişan verən hadisələrin az bir qismidir. Beləliklə, tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur”, - deyə akademik Arif Həşimov söyləyib.

Natiq ölkədə baş verən ümumi inkişaf proseslərinə adekvat olaraq 2021-ci ilin elm sahəsində də bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr, uğurlar əldə etdiklərini diqqətə çatdırıb. Bildirib ki, bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli olaraq, hesabatlar Akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq. O, dəyişikliyin əsas məqsədinin Akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri elmi-tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr keçirmək olduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada “Elm günü” olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, “Elm günü”nün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib: “Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən təqdim olunan təkliflər əsasında “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimov “Elm günü” ilə bağlı tədbirlərin zirvə toplantısının Ümumi yığıncaqla bir gündə qeyd edilməsinin qərara alındığını, yığıncaq çərçivəsində bir sıra tədbirlərin, o cümlədən aprelin 29-dək fəaliyyət göstərəcək Akademiyanın nailiyyətləri sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib.

***11:50

AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilir.


Demokrat.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edirlər.

Əvvəlcə qonaqlar “Elm günü”nə həsr edilmiş AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan uğurları əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinə baxış keçiriblər. 

Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti vəzifələrini müvəqqəti icra edən akademik Arif Həşimovun giriş nitqi ilə başlayıb.

Hazırda Akademiyanın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilir.

Qeyd edək ki, AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev iclasda iştirak etmir.(oxu.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top