Tozsoran, fen səsi ilə yatan körpələr — Valideynlərin belə seçimi fəsadlar yarada bilər — VİDEO

SOSİAL 27 apr 2022, 08:56

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozsoran və ya fen səsi ilə daha tez sakitləşir və uzun müddət yatirlar. Bəs buna səbəb nədir?

4 aylıq Sirac əsasən tozsoran səsi ilə yatır. Valideynləri gün ərzində onun sakit dayanması üçün də məhz bu səsdən istifadə edirlər.

Nənə deyir ki, uşağın tozsoran səsinə reaksiyasını təsadüfən biliblər. O gündən sonra isə bu səs onların ən böyük yardımçısı olub.

Pediatr Hafizə Orucovanın sözlərinə görə, uşağı bu cür sakitləşdirib yatızdırmaq düzgün hesab olunmur. Analar  daha çox məhz bu variantı seçməklə böyük səhv edirlər. 

Bəzən deyirlər ki, körpə ana bətnində olarkən bütün səsləri tozsoran və ya saç feninin xışıltısı kimi eşidir. Elə buna görə də doğulandan sonra məhz bu alətlərin səsinə müsbət reaksiya verərək, daha tez sakitləşir.

Psixoloq Esmira Qafarova isə deyir ki, bu səslərdən çox istifadə etmək gələcəkdə uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Analar bu üsula çox qısa müddətlik əl ata bilərlər. Onda isə telefon maksimum uzaq məsafəyə qoyulmalıdır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top