Elçin Şıxlı: “Jurnalistlərin xarici dil bilgisinin artırılması ilə məşğul olan yoxdur”

MEDİA 25 apr 2022, 12:18
Dil bilgisi hər zaman üstünlük hesab olunub. Əgər söhbət jurnalistdən gedirsə, bu, vacibiyyətə çevrilir. Postmüharibə dövründə, informasiya savaşının hələ də davam etdiyi bir zamanda xaricdə yaşayan və fəaliyyət göstərən jurnalistlərin xarici dil biliyi müzakirə mövzusuna çevrilir.

Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a açıqlamasında təəssüflə bildirib ki, jurnalistlərin xarici dil bilgisinin artırılması məsələsi ilə xüsusi məşğul olan yoxdur:

"Əgər hər hansı bir media qurumu xaricə jurnalist, müxbir göndəribsə, yaxud orda akreditasiya olunmuş nümayəndəsi varsa, həmin jurnalistin olduğu ölkənin dilini bilməyi vacibdir. Dili bilmirsə, göndərmək olmaz. Bizdə, əsasən, tanış-bilişi göndərirlər. Ona görə də Zelenskiyə sual verəndə, adamın əti tökülür, yerə girmək istəyirdi. Qarşıdakı illərdə belə xoşagəlməz halların təkrarlanmaması üçün qohumbazlıqla tanışbazlığı yerə qoyub, normal insanlarla işləmək lazımdır.
Xarici Dillər Universitetində Jurnalistika fakültəsində təhsil alan tələbələr ingilis dilində yaxşı danışa bilirlər. Onlardan da seçmək olar zamanı gəlincə.
Jurnalistlər arasında kurslar təşkil etmək olar. Xarici dil biliyi normal olan jurnalistlər arasında seçim etmək olar.”
 
Gülçin Qorxmaz
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top