Xudafərin və Qız Qalası Hidroqovşaqları və SES-lərinin tikilməsi tezliklə başa çatdırılacaq

GÜNDƏM 24 apr 2022, 22:07

İnanıram ki, tezliklə Xudafərin və Qız Qalası hidroqovşaqları və SES tikilməsi başa çatdırılacaq.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu layihə çərçivəsində işlər davam etdirilir.

Əlizadə əlavə edib ki, bu yaxınlarda işçi qruplarının iclası oldu. Eyni zamanda nazir müavinləri səviyyəsində daim təmaslar həyata keçirilir.

“Burada işlərin demək olar ki, 95%-i başa çatdırılıb. Qalan bir sıra işlərin həyata keçirilərək tam istifadəyə verilməsi yaxın gələcəkdə nəzərdə tutulur”, - deyə o qeyd edib./trend.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top