Yol polisləri ilə görüş: Ətraf mühit və insan sağlamlığının qorunması vacibdir — VİDEO

SOSİAL 16 apr 2022, 16:34
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda layihəni davam etdirir.

Bu gün Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları ilə keçirilən tədbirdə Mərkəzin sədri Elməddin Muradlı çıxış edərək bildirib ki, yol hərəkətinin təhlükəsizliyi baxımından ətraf mühitin qorunması vacib amillərdən biridir. Bildyimiz kimi, yol nəqliyyat hadisələrinin ətraf mühitə nə qədər böyük təsirləri var. Əgər bir nəqliyyat vasitəsi bir ağacı vurub aşarırsa, fikirləşin ki, həmin o ağacın inkişafı illərlə vaxt aparır. Həmin o ağac nə qədər okisgen verirdi, ətrafda olan sağlam insanlar üçün çox önəmli bir faktor idi. Ətrafa dağıdılan yanacaq, sürtkü yağları da ekologiyaya böyük ziyandır. Gün ərzində payraxıtın müxtəlif küçə və prosoektlərində müxtəlif tıxaclar əmələ gəlir. Adi vaxtda 2 dəqiqəyə keçdiyimiz yolu hətta elə olur ki, 20-25 dəqiqəyə keçə bilmirik. İndi təsəvvür edin ki, həmin ərazidə  avtomobilin 2 dəqiqəyə keçdiyi yolda havaya buraxdığı zərər nə qədərdisə 20-25 dəqiqəyə tıxacda keçdiyi yolda havaya buraxdığı zəhərli qazların miqdarı 10-15 dəfə çoxdur. Demək, ətraf mühitin qorunmasında yol hərəkətinin də mühüm rolu var.  Bakı şəhərində aparılan təhlillər onu göstərir ki, ətraf mühitin çirklənməsində məhz 80 faizi nəqliyyat vasitələrinin payına düşür. 

Baş Dövlət Yol Polisi  İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru,  polis baş leytenantı Toğrul Nəsirli çıxış edərək bildirib ki, ətraf mühit və insan sağlamlığının qorunmasında hər kəs məsuliyyət daşıyır. İl ərzində Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları maarifləndirici və təbliğat işləri də aparırlar. Yol polisi əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olmayan, atmosferə normadan artıq qaz buraxan nəqliyyat vasitələri aşkar olunaraq, müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilir. Sürücülərə tövsiyə edirik ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə mütəmadi olaraq nəzarət etsinlər. Bununla onlar öz həyatlarının və havanın çirkləndirilməsinin qarşısını almış olarlar.

Sonra çıxış edən tağım komandiri Rəşad Bayramov  bildirib ki, atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütamadi olaraq hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktiki tədbirləri həyata keçirirlər. Tədbirlər zamanı zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlarda zərərli qazların miqdarı yoxlanılır.  Yol polis əməkdaşları sürücülərə tövsiyə edirlər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.

Daha sonra çıxış edən Avtosfer.az sayının redaktoru Orxan Əliyev bildirib ki, atmosfer havasının çirklənməsinin əsas səbəblərindən biri də yanma kamerasında yanacağın tam yanmamasıdır. Avtomobillər tərəfindən istifadə olunan yanacağın təxminən 15%-i onun hərəkətə gətirilməsinə sərf olunur, qalan 85%-ə qədəri isə yanma məhsulları ilə birlikdə atmosfer havasına atılır.

Müzakirələr çay süfrəsi arxasında davam etdirilib. 





Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top