Zaqatalada qadın ərini bıçaqladı

KRİMİNAL 16 apr 2022, 11:58
Zaqatalada arvad ərini bıçaqlayıb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.

Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı S.Qurbanova kəsici alətlə həyat yoldaşı S.Qurbanovun qoluna xəsarət yetirib.

S.Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top