Qarabağdakı ermənilər Rusiyaya birləşmək üçün imza toplayarsa, Azərbaycan hərbi vasitəyə əl atmalıdır

GÜNDƏM 08 apr 2022, 16:40
Avropa İttifaqının vasitəçilyi ilə Brüsseldə keçirilən görüşdə razılaşdırılan məsələlər ətrafında Ermənistanın mövqeyinin dəyişməsi mümkündür.

Ermənistan rəhbərliyi Qarabağda bir qrup separatçıların şantajları ilə prosesi uzadarsa, həmçinin Qarabağdakı ermənilər Rusiyaya birləşmək oyunu edib, imzlalar toplayarsa,  Azərbaycan artıq hərbi vasitəyə əl atmalıdır.

Bu ayın axırına kimi rəsmi Yerevanın sərhədlərlə bağlı mövqeyində dəyişilik olması mümkün deyil. Bundan əlavə, Azərbaycanın Ermənistanın işğalı altında olan anklav kəndlərinin qatarılması da prosesdə yer almalıdır. Ona görə də N. Paşinyan tərüddüd edir.

Artıq, Qarabğdakı ermənilər üçün geri sayım başlayır. Yeni açılacaq Laçın dəhlizi yolunda Azərbaycanın post qoyması mümkündür. Belə olan təqdirdə, Qarabağdakı silahlı  separatçıların sonuna qısa bir vaxt qalır. Ermənistan Baş naziri N. Paşinyanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanımasından başqa çıxış yolu yoxdur.

Demək olar ki, bir qrup erməni separatçı regionda dəyişən geosiyasi nizamı pozacaq gücdə deyil. Və onları müdafiə edən Rusiya sülhməramlı qüvvələri də Ukrayanda Rusiyanın məğlub olması ilə buradan çəkilib gedəcək. Azərbaycanın apardığı siyasət regionda yeni bir geosiyasi nizam yaradıb.

Məhəmməd Əsədullazadə
Siyasi şərhçi
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top