Avropa Azərbaycanlıları Konqresi Bakıda bu şəxsləri təltif etdi — SİYAHI (FOTOLAR)

GÜNDƏM 07 apr 2022, 22:48
Bakıda bir qrup tanınmış ictimaiyyət nümayəndəsi Avropa Azərbaycanlıları Konqresinin (AAK) "Xatirə Medalı" və "Xüsusi Ali Diplomu" ilə təltif ediliblər.

Demokrat.az
xəbər verir ki, Bakıda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) ofisində təşkil olunan görüşdə AAK prezidenti Sahil Qasımov, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Oqtay, ATXƏM sədri İlham İsmayılov, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, “Birlik” jurnalının baş redaktoru İlqar Bayraməliyev (İlkin), Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli, bir sıra tanınmış media rəhbərləri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Real TV-nin baş redaktoru Səbinə Ağayeva, “Birlik” jurnalının baş redaktoru İlqar Bayraməliyev, "Report" informasiya agentliyinin baş redaktoru Murad Əliyev Avropa Azərbaycanlıları Konqresinin "Xatirə Medalı" ilə, Əməkdar jurnalist Nair Əliyev, Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcıları Elnar Məmmədli və Nailə Məmmədli isə "Xüsusi Ali Diplomu" ilə təltif olunublar. Mükafatlar sahiblərinə Bakıda səfərdə olan AAK prezidenti Sahil Qasımov və Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Oqtay tərəfindən təqdim olunub.

















Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top