Quru sərhədlərimiz nə zaman açılacaq? — AÇIQLAMA

GÜNDƏM 06 apr 2022, 17:55
Pandemiyanın başlaması ilə əksər ölkələr ilk olaraq sərhədlərini bağladı. Artıq iki ilə yaxındır ki, Azərbaycan da daxil olmaqla, bir çox ölkələr quru sərhədlərini tam açmayıblar. Təyyarə ilə gediş-gəliş mümkün olsa da, qiymət baxımından elə də sərfəli deyil. Bu səyahətçiləri üzən məsələdir. Bəs quru sərhədlərinin açılması gündəmdədirmi? 

Mövzu ilə bağlı millət vəkili Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin açılması mərhələli şəkildə ola bilər. 

“Bu gün operativ qərargahın səyləri nəticəsində Azərbaycanda “Covid-19” xəstəliyinin deməzdim ki, kökü kəsilib, amma sayı çox aşağıdır. Bu günləri cəmiyyət deyir ki, tezliklə turistlər gəlsin, insanlar üçün rahat olsun. Mən də başa düşürəm, mən də sərhədlərin açılmasının tərəfdarıyam. Amma bu ancaq mərhələli şəkildə ola bilər.”



Millət vəkili vətəndaşların bu məsələyə səbirlə yanaşmalı olduğunu hesab edir. Əks halda yoluxma sayı yenidən kəskin arta bilər. 
“Bir az səbirli olaq biraz gözləyək. Dövlət və o cümlədən, Operativ Qərargah buna məsuliyyət daşıyır. Sabah xəstələrin sayı gəlsə, yenə 3 min, 5 min, 10 minə qalxsa, bəs onda nə edəcəyik? Təbiidir ki, Operativ Qərargahda analitika gedir. Bu işə baxılır, bütün müvafiq nazirliklərdən, komitələrdən məlumat toplanır və sonda qərar olacaq, amma mən düşünürəm ki, mərhələ-mərhələ olacaq bu qərar.”

Azərbaycan və digər ölkələrdə yoluxma ilə bağlı vəziyyət stabil olsa da, Çin və Cənubi Koreya karantin qaydalarını sərtləşdirib. Odur ki, tələb olunan məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək lazımdır. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top