Cahid Bağçı koronavirusa yoluxdu

GÜNDƏM 02 apr 2022, 16:05
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.

Demokrat.az xəbər verir ki, bu barədə 58 yaşlı səfir tviterdə bildirib.

Paylaşımda qeyd olunub: “Həyat yoldaşımla birgə koronavirus testimiz pozitiv çıxıb. Xəstəliyim ağır qrip şəklində keçir. Çox şükür, vəziyyətimiz yaxşıdır. Vəziyyətimizi müşahidə altında saxlayan Azərbaycan Xarici İşlər Nazirliyi və cənab nazir Ceyhun Bayramov və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top