Azərbaycan quru sərhədlərini nə vaxt açacaq? — VİDEO

GÜNDƏM 31 mar 2022, 08:56
Koronavirus pandemiyası səbəbindən Azərbayncanın quru sərhəddləri 2 ildir ki, bağlıdır. Karantin qaydalarında yumşaldılmalar olsa da, sərhədlər hələ də açılmayıb. Son vaxtlar quru yol ilə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız sərhəddi keçə bilmədikləri üçün, çətinliklər yaşayırlar. Millət vəkili Fazil Mustafa, xüsusəndə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Azərbaycana qayıtmağa çalışan vətəndaşlarımızın sərhəddə üzləşdiyi çətinliklərin həll oluması üçün, ilk nöbvədə sərhədlərin açılmalı olduğunu bildirib.

Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Rusiyadan gələn azərbaycanlılar quru sərhədlərinin bağlı olması səbəbindən sərhəddə qalıblar. Millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan ilkin mərhələdə iki ölkə ilə quru sərhədini açmalıdır. Bunlar Gürcüstan və Rusiyadır. Hər iki ölkədə pandemiya ilə bağlı səviyyə aşağıdır. Vətəndaşlarımızın sərhəddə qalmas isə yolverilməz haldır.

Millət vəkili  əlavə edib ki, növbəti mərhələdə İranla quru sərhəddi də açılmalıdır. Bu ölkəyə də vətəndaşların xeyli hissəsi gedir və iqtisadi əlaqələr qururlar.

Qeyd edək ki, artıq 2 ildir ki, pandemiya səbəbindən Azərbaycanın qonşu ölkələrlə quru sərhəddi bağlıdır. Ölkəmizdə tətbiq olunan karantin rejimi bir sıra ölkələrdə olduğu kimi bizdə də yumşaldılıb. Ümumilikdə karantin qaydalarından yalnız maska, COVID 19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top