Zorakılığa məruz qalan qız sığınacağa yerləşdirildi

GÜNDƏM 30 mar 2022, 18:40

Məlumat verildiyi kimi, Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Ombudsman Aparatından Demokrat.az-a verilən məlumata görə, Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında azyaşlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.

Eyni zamanda, Ombudsmana müraciəti əsasında azyaşlı və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.

Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib və azyaşlı ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməkliyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Arzu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top