Ana Vətən Partiyası bəyanat yaydı

GÜNDƏM 30 mar 2022, 15:13
Ana Vətən Partiyası bəyanat yayıb.

Demokrat.az həmin bəyanatı təqdim edir:

"Faşist və işğalçı Ermənistanın Azərbaycana qarşı soyqırım siyasəti 19-cu əsrdən başlayır. 1806-1829-cu illərdə İran və Türkiyə ilə aparılan müharibələrdən sonra Rusiya imperiyası tərəfindən həmin ölkələrdən çoxsaylı ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşması ilə xalqımıza qarşı soyqırımların əsası qoyuldu.

Himayədarlarının hərtərəfli köməyilə Azərbaycan ərazisində saxta dövlət yaradan vandal ermənilər son 200 il ərzində soydaşlarımıza qarşı sistemli və davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırımlar həyata keçirilmişlər.

Xalqımızın ən dəhşətli soyqırım aktları 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri və Bakı ətrafı kəndlərdə, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və Cənubi Azərbaycanın ərazisində törədildi.

1988-1993-cü illərdə erməni faşistləri tərəfindən soydaşlarımız daha amansız soyqırıma məruz qaldı. Xalqımız Bəşəri cinayət olan Xocalı faciəsini yaşadı, yüzlərlə yaşayış məskənimiz yerlə yeksan edildi, minlərlə vətəndaşımız vəhşicəsinə qətlə yetirildi.

Nəhayət, erməni vandalizminə və işğalına son qoymaq üçün Xilaskar və Müzəffər sərkərdə, Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyilə igid Silahlı Qüvvələrimiz öz qəhrəmanlıq missiyasını 44 günlük “Dəmir Yumruq” əməliyyatı ilə başa çatdırdı.

Dünya erməniliyinin Türk millətinə qarşı on illiklər boyu törətdikləri vəhşiliklərinin intiqamı alındı, saxta Ermənistan “dövləti”nə ağır, ölümcül zərbələr vuruldu, xalqımızın təhlükəsizliyi əbədi olaraq təmin olundu.

İşğalçı Ermənistanın və tarixi torpaqlarımızda Rusiya imperiyasının məskunlaşdırdığı quldur erməni separatçılarının darmadağın edilməsindən və 10 noyabr 2020-ci il Ermənistanın Baş nazirinin imzaladığı kapitulyasiya aktından sonra, hələ də Qarabağın dağlıq hissəsində vandal hərəkətlərini davam etdirən erməni faşistlərinin tör-töküntüləri ən müxtəlif formada təxribatlarını törətməkdə, ərazi bütövlüyümüzü və suverenliyimizi təhdid etməkdədilər.

Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin cinayətkar erməni silahlı dəstələrinin təxribatlarını stimullaşdıran hərəkətləri və onların ölkəmizdən çıxarılması funksiyasını yerinə yetirməməsi haqlı olaraq xalqımızda ciddi narazılıq və hiddət yaratmaqdadı. Suverenliyimizin təmin olunması üçün qəhrəman silahlı qüvvələrimizin son günlər Fərrux dağı ətrafında atdığı addımlar Ana Vətən Partiyası tərəfindən də yüksək qiymətləndirilir. Ana Vətən Partiyası təmizlənmə əməliyyatının davam etdirməsini, quldur erməni dəstələrinin Qarabağdan son nəfərinə qədər çıxarılmasını, müqavimət göstərənlərin dərhal zərərsizləşdirilməsini vacib hesab edir, dövlətimizlə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və iğid Silahlı Qüvvələrimizlə bərabər olduğumuzu bir daha bəyan edirik.

Ana Vətən Partiyası erməni barbarları tərəfindən soyqırıma məruz qalan soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyir, Dünya erməniliyinin vəhşiliklərini lənətləyir və bir daha xalqımızı bütün zamanlarda milli və müstəqil dövlətçiliyimiz ətrafında yumruq kimi birləşməyə səsləyir".

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top