“Mart tez çıxsaydı”, “Mart da çıxmaq bilmir”, “Mart çıxdı, dərd çıxdı” bayramlarla bol olan mart ayı haqqında tez-tez bu fikirləri ifadə edirik. Doğrudan da illərdir düşünürük ki, mart tez çıxsa işlərimiz yoluna düşəcək. Folklorşünas Məhəmməd Məmmədov deyir ki, mart ayına boz ay da deyirlər. Bu ayda bir gündə bir neçə fəslin havasını yaşadığımızdan səhhətimizdə narahatlıq yarana bilir. Hətta mart ayı ilə əlaqəli əfsanələr də var.
Demokrat.az saytı olaraq, araşdırma apardıq.

Folklorşünas Məhəmməd Məmmədov deyir ki, boz ayla bağlı olan bir mifdə qeyd olunur ki, insanların günlərini müəyyənləşdirirlər ki, bütün aylara 32 gün verilirmiş, mart ayına isə cəmi 14 gün vermişdirlər.
Mart bu zaman narazılıq edərək deyib:

”Necə ola bilər ki, digər aylara 32 gün, mənə yalnız 14 gün.” Bu zaman digər aylar hər biri bir gününü mart ayına vermiş və mart ayının günlərinin sayı 25-ə qalxmışdı. Yenə də mart etiraz edir, ədalət tələb edir. Bu zaman bəzi aylar, yəni 31 günü olan aylar marta bir gününü verməkdən imtina edir.
Mifin davamında deyilir ki, bəzi aylar öz günlərindən mart ayına verməkdən imtina etsə də, bəzi aylar günlərini əsirgəmirlər.
“Müxtəlif aylardan günlər götürdüklərinə görə, martın özü sabit olmayanı boz ay yəni boz ay sabit olmayan hətta bzən sabit olmayan, hətta bəzən insanlarla da bağlı deyirlər ki, boz adamdır. Yəni bir qədər sərt adamdı. Və o martın boz ay adlandırılması məhz boz ayın sabit olmayan ay yəni bu ay müxtəlif aylardan günlərini götürdüyünə görə bu cür adlandırmışdı.” deyə, folklorşünas Məhəmməd Məmmədov əlavə edib.

Ümumiyyətlə, mart ayı həm ölkəmizdə, həm də bir çox Şərq ölkələrində oyanış, başlanğıc ayı kimi qəbul edilir. Psixoloq Murad İsayev deyir ki, bu oyanışdan istifadə edib həm psixoloji, həm də fiziki olaraq istifadə etməliyik.
“Bunun əslində həm deyək ki, tarixi illərlə, əsrlərlə öncələrdə bizim Novruz bayramıyla bağlı da ilin yenidən başlanması, eyni zmaanda torpağın oyanması və həqiqətən insansın psixologiyasına da yəni bədənin yeni yeni elementləri, mineralların, vitaminlərin ehtiyacı olduğunu bildirən aydır.stık mart ayında əsasən də psixoloji xəstəliklərin terapiyası üçün yəni müəyyn ədviyaların, yeməklərin, qidaların yəni məhdudiyyət ya pəhriz və yaxud da istifadəsinin aktuallığını bildirir. Ona görə də əslində dərd deməzdim, belə beynimizdə proqramlaşdırmayaq. Amma mart ayı yenilənmə ayıdır. Mart ayı yeni başlanğıc ayıdır. Biz ağacın yarpaqlarının töküldüyünün və boş ağac kimi də görə bilirk amma martda daha çox cücərmə dövrü başlayır. Ona görə cücərmə tərəfə daha çox baxaq ki, çiçəklənmə tərəfə daha çox baxaq ki, yeni belə neqativ aylara köklənməyək deyə.”

Odur ki, hansı ayı, hansı fəsli, hansı təqvimi yaşamağımızdan asılı olmayaraq, çalışaq ki, həmin anların dəyərini bilək.

Maya Həsənova
Demokrat.az