Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Beyləqan rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirilib.
Demokrat.az xəbər verir ki, Beyləqan rayonu Heydər Əliyev Mərkəzində keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib. Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Səyyar qəbulda Beyləqan rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.
Beyləqan rayonunda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Məlik
Demokrat.az