XİN başçısı: “İran-Azərbaycan əlaqələrində önəmli hadisələr gözlənilir”

GÜNDƏM 24 yan 2022, 20:24

İran-Azərbaycan əlaqələrində önəmli hadisələr gözlənilir.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan açıqlamasında deyib.O bildirib ki, İran-Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir.

XİN rəhbəri İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri, eləcə də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana gözlənilən səfərinə də münasibət bildirib.

“İki ölkənin müxtəlif rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrimizin düzgün və yaxşı istiqamətdə olduğunu göstərir”, - İran XİN başçısı vurğulayıb.

Hüseyn Əmir Abdullahiyan Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini də xatırladıb. Nazir diqqətə çatdırıb ki, bundan sonra iki ölkənin əlaqələrində mühüm hadisələr cərəyan etməkdədir./apa

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 may 2022, 22:54
Top