
İran Səhiyyə Nazirliyi 9-12 yaşlı uşaqlara koronavirus əleyhinə peyvənd vurulmasına icazə verib.
Bu barədə Tehran valisi Möhsün Mənsuri bildirib.
O, peyvəndin dozasının Səhiyyə Nazirliyi və Koronavirusla Milli Mübarizə Şurası tərəfindən açıqlanacağını deyib. Bundan əlavə, diqqətə çatdırılıb ki, peyvəndləmə könüllü olacaq və valideynlərin icazəsi əsasında həyata keçriləcək.
Qeyd edək ki, İranda Sinofarm, Sputnik V və AstraZeneka ilə yanaşı, yerli istehsal olan COVIRAN Bərəkət peyvəndi də istifadə edilir.