Mədəniyyət nazirindən Tağıyevin heykəli ilə bağlı AÇIQLAMA

SOSİAL 19 yan 2022, 20:38

"Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı".

Bunu mədəniyyət naziri Anar Kərimov açıqlamasında deyib.

A.Kərimov bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq". Nazir özü heykəli bəyəndiyini vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top